İstifadəçi Razılaşması
Gizlilik Siyasəti

İstifadəçi Razılaşması

Bu Müqavilə, “www.166.az” saytında Sizə təqdim edilən platformada (“Şəxsi kabinet”) qeydiyyatdan keçərək yerləşdirdiyiniz fərdi məlumatların (“Fərdi məlumatlar”) “Yuk Takisisi.Az” MMC (“Şirkət”) tərəfindən əldə edilməsi, toplanılması və istifadəsi şərtlərini müəyyən edir.

2. Siz təsdiq edirsiniz ki, “Şəxsi kabinet”də yerləşdirilməklə tərəfinizdən Şirkətə bəyan edilən aşağıdakı Fərdi məlumatlar şəxsən Sizə məxsusdur və bu məlumatlar (habelə məlumatlara dəyişikliklər) “Şəxsi kabinet”ə şəxsən tərəfinizdən yerləşdirilmişdir.

3. Siz bu Müqaviləni imzalamaqla təsdiq edirsiniz ki:

3.1 Şirkət Fərdi məlumatlardan və onların əldə edilməsi üçün avtomatik məlumat toplama alətlərindən (kukilərdən və s.) sərbəst istifadə edə bilər;

3.2. habelə Fərdi məlumatlarınız əsasında özündə və ya törəmələrində mövcud olan cari və gələcəkdə yarana biləcək vakant yerlərə Sizi namizəd kimi qeydiyyata alaraq dəyərləndirə bilər, həmçinin Fərdi məlumatlarınız Şirkətin tələblərinə uyğun olacağı təqdirdə təqdim etdiyiniz əlaqə vasitələrindən Sizə iş təklifləri yönəldə bilər.

3.3. Bununla belə, bu müqavilənin bağlanması heç bir halda Şirkətin Sizə iş təklif etmək, işə qəbul etmək və ya Sizinlə gələcəkdə hər hansı əmək münasibətlərini yaratmaqla bağlı öhdəliyini əvvəlcədən yaratmır.

4. Siz təsdiq edirsiniz ki, aşağıdakı hallarda şəxsən məsuliyyət daşıyacaqsınız:

4.1. Fərdi məlumatlarınızın düzgünlüyünə, əsaslılığına və həqiqiliyinə, tamlığına dair verdiyiniz təminatlara əməl edilməməsinə;

4.2. Fərdi məlumatların təhlükəsizliyinin, məxfiliyinin təmin edilməməsinə, üçüncü şəxslərə verilməməsi (ötürülməməsi) ilə bağlı tədbirlər görülməməsinə, Şirkətə zəruri məlumatların (xəstəliyə dair, vətəndaş qüsursuzluğuna dair və s.) verilməməsinə və ya düzgün verilməməsinə görə Şirkətə və ya üçüncü şəxslərə dəyə biləcək zərərə (ziyana) görə;

4.3. zərər (ziyan) dəyməsindən asılı olmayaraq əsassız və həqiqətə uyğun olmayan məlumatlar verilməsinə görə.

5. Şirkət öz növbəsində məlumat təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görür, lakin Şirkətdən asılı olmadan həmin məlumatların üçüncü şəxlər tərəfindən əldə edilməsi, toplanması, yayılması və ya istifadə edilməsi zamanı Sizə və ya üçüncü şəxslərə dəymiş zərərə (ziyana) görə Şirkət məsuliyyət daşımır.

6. Bu Müqaviləni imzalamaqla Siz Şirkətin 1-ci bənddə qeyd edilmiş internet saytında yerləşdirilmiş siyasət və qaydalarla tanış olduğunuzu və gələcəkdə bu siyasət və qaydalarda ediləcək dəyişikliklərlə mütəmadi olaraq tanış olacağınızı təsdiq edirsiniz.

7. Siz anlayır və qəbul edirsiniz ki, “Şəxsi kabinet”in yaradılması, ləğvi, Fərdi məlumatların yerləşdirilməsi, yenilənməsi və ləğvi zamanı tərəfinizdən Şirkətin tələb etdiyi zəruri hərəkətlərin (təsdiqləmələrin) edilməsi (təqdim etdiyiniz mobil nömrəyə SMS vasitəsilə göndərilmiş məlumatın (bildirişin, sualın, kodun və s.) tələb edilən qaydada təsdiqlənməsi, təqdim etdiyiniz elektron-poçt ünvanına göndərilmiş məlumatın (bildirişin, sualın, kodun və s.) tələb edilən qaydada təsdiqlənməsi, habelə bu məqsədlə Şirkət tərəfindən təmin edilən digər texnoloji (texniki) vasitələrin köməyi ilə müvafiq hərəkətlər (təsdiqləmələr və s.) Sizə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və Sizin şəxsi imzanız ilə eyni hüquqi qüvvədədir. Təqdim etdiyiniz mobil nömrənin və electron poçt ünvanının Sizə aid olub-olmaması ilə bağlı Şirkət heç bir məsuliyyət daşımır.

8. Siz təsdiq edirsiniz və əvvəlcədən razılıq verirsiniz ki, Fərdi məlumatlar “Şəxsi kabinet”də yerləşdirildiyi andan başlayaraq “Şəxsi kabinet”in ləğvindən sonrakı 1 (bir) il müddətinədək Sizin əlavə razılığınız olmadan istənilən vaxt Şirkət tərəfindən öz mülahizəsi ilə sərbəst şəkildə əldə edilə, toplana, istifadə edilə, habelə Şirkətin məxsus olduğu korporativ ailənin üzvləri olan şirkətlərlə, Şirkətə aidiyyəti şəxslərlə, Şirkətin xidmət təchizatçıları ilə, habelə digər şəxslərlə (potensial işəgötürənlərlə və ya iş elanı saytları ilə) mübadilə edilə bilər. Şirkət Fərdi məlumatların əldə edilməsi, toplanması, istifadəsi və mübadiləsinin qayda və şərtlərini birtərəfli qaydada dəyişdirə və ona əlavələr edə bilər.

9. Bu Müqavilədə nəzərdə tutulmayan məsələlər “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu, digər hüquqi aktlar, habelə Şirkətin daxili qaydaları ilə tənzimlənir.

Gizlilik Siyasəti

Giriş

Bu Məxfilik Siyasəti (“Siyasət”) Sizə məxsus və/və ya tərəfinizdən təqdim edilmiş fərdi və digər məlumatların (“məlumatlar”) “Yük takisisi.Az” MMC (“Şirkət”) tərəfindən toplanması, qorunması, emalı, istifadə edilməsi, açıqlanması (elan edilməsi, ötürülməsi), idarə edilməsi və bunlara dair razılıqları əks etdirən bir bəyanat və ya sənəddir. Məlumatlar Sizin şəxsiyyətinizi müəyyən etmək üçün istifadə edilə bilən hər hansı bir məzmunda veb səhifə tərəfindən texniki olaraq dəstəklənə bilən istənilən formada təqdim oluna və ya yüklənə bilər (ad, ünvan, doğum tarixi, ailə vəziyyəti, əlaqə məlumatları, şəxsiyyəti təsdiq edən sənədlər və son istifadə tarixi, maliyyə qeydləri, kredit məlumatları, tibbi və ya digər arayış, CV, SMS, elektron poçt, kuki və s.). Şirkət olaraq bu Siyasətdə Sizə aid hansı məlumatların tərəfimizdən hansı qaydada toplandığına, məxfi saxlanıldığına, paylaşıldığına, habelə istifadəsinə və ötürülməsinə dair Sizə bir sıra seçimlər təklif edirik.

Bizə verdiyiniz məlumatlar

Siz veb səhifədə məlumatlarınızı şəxsi kabinet (hesab) yaratmaq, boş vakansiyalar üçün müraciət etmək və ya veb səhifədəki digər məlumatlarla tanış olmaq üçün təqdim edirsiniz, daxil edirsiniz və ya yükləyirsiniz.

Qeydiyyat

Şəxsi kabinet yaratmaq üçün adınızı, e-poçt ünvanınızı və/və ya mobil nömrənizi, şifrənizi, habelə veb səhifədə qeydiyyat və fərdi məlumatlara dair tələb edilən digər məlumatları təqdim etməlisiniz. Qeydiyyat zamanı bir sıra hallarda (məsələn, hər hansı xidmətlərdən yararlanmaq üçün), Sizdən əlavə məlumatlar (məsələn, ödəniş kartı, sürücülük vəsiqəsi, sağlamlıq vəziyyəti məlumatları və s.) təqdim etməyiniz də tələb oluna bilər.

Şəxsi kabinet

Şəxsi kabinetinizdə bir sıra məlumatlarınızı daxil edib-etməməyinizə dair seçimlər etmək imkanınız olacaqdır (məsələn, qeyd məlumatları). Bununla belə, ulduz (“*”) işarəsi qeyd edilməklə fərqləndiriləcək məlumatlarınızın (məsələn, əlaqə məlumatları, təhsil, iş təcrübəsi və s.) isə daxil edilməsi zəruridir. Daxil etdiyiniz daha çox məlumat Sizin barənizdə daha geniş və dəqiq təəssürat yaratmağımıza və yaranacaq iş və təcrübə imkanları zamanı Sizi daha obyektiv dəyərləndirməyimizə səbəb olacaqdır. Şəxsi kabinetinizdə müvafiq yer ayrılmadığı təqdirdə əlavə məlumat verməyinizə ehtiyac yoxdur. Bununla yanaşı, profil məlumatları həmçinin, Şirkət xidmətlərimizdən də yararlanmağa və məlumatlı olmağa kömək edə bilər (reklamlar və s. şəklində). Şəxsi kabinetinizdə bəzi həssas məlumatlarınızın açıq olub-olmaması üçün seçim etmək imkanınız var. Zəhmət olmasa, ulduz işarəsi ilə göstərilmiş məlumatlar istisna olmaqla, açıqlanmasını istəmədiyiniz şəxsi məlumatlarınızı Şəxsi kabinetinizə göndərməyin və ya yükləməyin.

Göndərmə və Yükləmə

Məlumatlarınızı təqdim etdiyiniz və ya yüklədiyiniz, e-poçt məktubu və ya mesaj göndərdiyiniz zaman, məsələn, bir forma doldurduğunuzda, anketə cavab verdiyinizdə, CV göndərdiyinizdə (doldurduğunuzda), gizli şifrə təsdiq etdikdə, applikasiya yüklədikdə Sizə aid məlumatları əldə edirik. Əlaqə vasitələri və ya digər məlumatlarınızı mütəmadi olaraq yeniləsəniz, Sizinlə əlaqə yaratmaq və yeniliklər barədə məlumat vermək üçün Sizə daha çox yardımçı ola bilərik. Şəxsi məlumatlarınızı tam və ya doğru olmayan şəkildə göndərmədikdə və ya mütəmadi olaraq yeniləmədikdə, Sizinlə əlaqə qurmağımız məhdudlaşa bilər. Bu səbəbdən verdiyiniz məlumatlara uyğun olaraq vakant iş yerlərimiz olsa da, Siz bununla bağlı məlumat əldə etmək imkanından məhrum olacaqsınız.

Məlumatların təhlükəsizliyi

Məlumatlarınızın təhlükəsizliyinin mütəmadi qorunmasına çalışırıq, təhlükəsizlik pozuntularını izləyir və qarşısını almağa çalışırıq. Xahiş edirik, bu veb səhifə üzrə xidmətlərimiz vasitəsilə mövcud olan təhlükəsizlik şərtlərinə əməl edəsiniz. Eyni zamanda bildiririk ki, yarana biləcək hər hansı texniki nasazlıqlar və kiberhücumlarla bağlı məlumatlarınızın qorunacağına təminat vermirik və bunun üçün məsuliyyət daşımırıq. Hər hansı fiziki, texniki və ya idarəetmə təhlükəsizliyimizi pozaraq məlumatların əldə edilməsinə, açıqlanmasına, dəyişdirilməsinə və ya məhv edilməsinə zəmanət vermirik.

Məlumatların istifadə məqsədləri

Sizə aid məlumatlardan iş imkanları zamanı nəzərə almaq, xidmətlər barədə məlumatlandırmaq, Sizi dəstəkləmək, fərdiləşdirmək və inkişaf etdirmək üçün istifadə edirik.

Emal üçün qanuni əsaslar

Sizin haqqınızda məlumat toplamaq, istifadə etmək və paylaşmaq üçün Sizin hazırkı təsdiqlərinizə və razılığınıza əsaslanırıq. Belə ki, məlumatlarınızı istifadə etməyimiz barədə razılığınızı vermək və ya verməmək seçiminiz var. İstənilən vaxt parametrlərə keçərək verdiyiniz razılığı geri ala bilərsiniz. Bununla bağlı tərəfimizdən heç bir məhdudiyyət tətbiq edilmir. Sizin tərəfdən veb səhifədə məlumatların daxil edilməsi və ya müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi Sizə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və Sizin şəxsi imzanızla eyni hüquqi qüvvəyə malikdir.

Əlaqə məlumatları

Bu Siyasətlə bağlı hər hansı sualınız olduqda, veb səhifədə göstərilən vasitələrlə bizimlə əlaqə yarada bilərsiniz.