Maliyyə direktoru

Müraciət et

Ümumi məlumat

Maliyyə rəhbəri vəzifələrinə proqnozlaşdırma modellərinin yaradılması, bütün vergi və mühasibat uçotu işlərinin qaydalara uyğunlaşdırılması

Öhdəliklər

·         Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinin, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin həyata keçirilməsi və prosesə nəzarət edilməsi;

·         Daxil olan və çıxan pul vəsaitinin uçotunun, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin uçotunun hazırlanması;

·         Xərclər smetasının hazırlanmasının, məhsulun satışının, iş və xidmətlərin yerinə yetirilməsinin, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkilinin həyata keçirilməsi və prosesə nəzarət edilməsi;

·         Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin, əmək haqqının ödənilməsi hesablarının, dövlət büdcəsinə məcburi ödəmələrin, dövlət sosial sığorta fonduna ayırmaların və digər ayırmaların tərtib edilməsi və nəzarətinin həyata keçirilməsi;

·         İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, həmçinin əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi;

·         Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət edilməsi;

·         Müştərilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi;

·         Vergi orqanları ilə görüşlərdə iştirak edilməsi və yazışmaların həyata keçirilməsi;

·         Şirkətin illik maliyyə büdcəsinin təşkil edilməsi;

·         Xərclərin azaldılmasına (optimallaşdırılmasına) və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirlərin hazırlanması və onların icrasına nəzarət edilməsi;

·         Mühasibat və maliyyə hesabatlarının təhlil edilməsi və nəticələr barədə rəhbərliyə məlumatların təqdim edilməsi.

Tələblər

·         Ali iqtisadi təhsil;

·         Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;

·         ACCA, CIMA və IFRS üzrə biliklərin olması üstünlükdür;

·         Maliyyə rəhbəri kimi 2-3 illik iş təcrübəsi;

·         Büdcə və risklərin idarə olunması ilə bağlı təcrübə;

·         Liderlik qabiliyyəti;

·         Nağd pul axınının idarə edilməsi, bankların uyğunlaşdırılması və mühasibat uçotu barədə dərindən məlumat;

·         Azərbaycan dili səlis, rus və ingilis dili üstünlükdür.

Səviyyə
Direktor
Sahə
Maliyyə və Mühasibatlıq
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
11 Jun
Yer
Bakı şəh., Z.Əliyeva küç., 55, Yeni Həyat Plaza
Əmək haqqı
1500 - 2500 AZN