Çağrı Mərkəzi üzrə mütəxəssis

Müraciət et

Ümumi məlumat

166 Yükdaşıma və Logistika  namizədləri Çağrı mərkəzi şöbəsində Kiçik mütəxəssis / Mütəxəsis vəzifəsinə müraciət etməyə dəvət edir! 

Öhdəliklər

  • Qaynar xətt vasitəsilə daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq ünsiyyətin qurulması;
  • Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərin qiymətinin müştərilərə bildirilməsi;
  • Sifarişin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması və hər hansı problemli vəziyyət olduqda müştəriyə dərhal məlumatın verilməsi;
  • Sifarişin qeydiyyata alınması və icrası ilə bağlı məlumatların sistemdə qeydə alınması.



Tələblər

  • Ali və peşə təhsil;
  • Sahə üzrə 1 il iş təcrübəsi;
  • Azərbaycan və Rus dilində sərbəst ünsiyyət bacarığı;
  • Bakı şəhəri və regionları üzrə ərazi biliyi;
  • Müştəriyönümlük və satış bacarığı;
  • Effektiv ünsiyyət bacarığı;
  • Ofis proqramları ( word, excell ) üzrə bilik.
Səviyyə
Mütəxəssis
Sahə
Satış
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
30 Dec
Yer
Yeni Həyat Plaza, Zərifə Əliyeva 55