Data analitik

Müraciət et

Ümumi məlumat

“166 Yükdaşıma və Logistika”  namizədləri Araşdırma və İnkişaf şöbəsində “Data Analitik” vəzifəsinə müraciət etməyə dəvət edir! 

Öhdəliklər

-          Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi;

-          Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması;

-          Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işləmək;

-          Müvafiq mürəkkəblik səviyyəsində qabaqcıl analitik modelləri inkişaf etdirmək və biznesin yaxşılaşdırılması üçün həll yolları təklif etmək;

-          Davranış modellərinə əsasən bazarın və satışların, qiymətlərin və s. dinamikası üzrə proqnozlar tərtib etmək;

-          Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatlar hazırlamaq;

-          Proqnoz və nəticələrin effektiv vizuallaşdırma üsulu ilə hesabatlar hazırlamaq.

Tələblər

-          Ali təhsili;

-          Sahə üzrə 1 il iş təcrübəsi;

-          Python və ya R proqramlaşdırma dilləri üzrə biliklər;

-          SQL, Power BI və digər Analitik alətləri ilə işləmə bacarığı;

-          Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi, statistik biliklər;

-          Yeni texnologiyaları öyrənmə həvəsi;

-          İri həcmli datalarla iş təcrübəsi, nəticə yönümlülük;

-          Datalardakı anomaliyaları müəyyən etmək, onları oxuya bilmək və həll üçün hipotezalar yarada bilmək bacarığı.

Səviyyə
Mütəxəssis
Sahə
Marketinq
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
15 Jan
Yer
Yeni Həyat Plaza, Zərifə Əliyeva 55
Əmək haqqı
1000 - 1200 AZN