İnzibati

Müraciət et

Ümumi məlumat

“166 Yükdaşıma və Logistika”  namizədləri  “Təchizat üzrə mütəxəssis”  vəzifəsinə müraciət etməyə dəvət edir! 

Öhdəliklər

-          Şirkət daxili sifarişlərin yerinə yetirilməsi və icrasına nəzarət edilməsi;

-          Təchizat barədə bazarın araşdırılması və danışıqların aparılması;

-          Alınması zəruri hesab edilən mal, xidmət və ya işlərlə bağlı təchizatçı şirkətlərin müəyyən edilməsi, uyğun şirkətlərlə müqavilələrin bağlanması;

-          Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;

-          Şirkəti mal-material, xammal və avadanlıqlarla təmin edilməsi;

-          Alınan malların keyfiyyətinə nəzarət edilməsi və qeydiyyatının aparılması;

-          Stok ehtiyatlarının idarə olunması;

-          Görülən işlər barədə aylıq və illik hesabatların aparılması;

-          Təchizatla əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.

Tələblər

-          Sahə üzrə 1 ilə qədər iş təcrübəsi;

-          Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);

-          MS Office proqramlarından sərbəst istifadə bacarığı;

-          İntizamlılıq, komandada işləmə bacarığı;

-          Təchizatçıların axtarışı və idarə edilməsi üsulları ilə tanışlıq;

-          Güclü təşkilatçılıq bacarığı;

-          Operativlik, çevik qərar vermə və vaxtdan düzgün istifadə bacarıqları;

-          Danışıqların aparılması sahəsində bacarıqları.

Səviyyə
Mütəxəssis
Sahə
Təchizat
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
22 Jul
Yer
Yeni Həyat Plaza, Zərifə Əliyeva 55