Korporativ satış mütəxəssisi
Müraciət etÜmumi məlumat
• Korporativ satışın təşkili və idarəedilməsiÖhdəliklər
Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər təşkil etmək;
Müştərilərin tələblərini nəzərə alaraq, uyğun təkliflər təqdim etmək;
Xidmətlər haqqında müştərilərin bütün suallarını cavablandırmaq və dəqiq məlumat almasında köməklik göstərmək;
Yeni müştərilərin cəlb edilməsi məqsədilə müxtəlif biznes nümayəndələri ilə görüşlər keçirmək;
Korporativ müştərilərlə daim ünsiyyətdə olmaq, tələbatlarını öyrənmək, sorğu və təkliflərini aidiyyatı üzrə müvafiq strukturlara yönləndirmək;
İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək;
Gündəlik, həftəlik və aylıq hesabatları hazırlamaq.
Tələblər
Ali təhsil;
Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
MS Office proqramlarında işləmək bacarığı;
Dil bilikləri: Azərbaycan dili (əla), rus dili (əla), ingilis dili (arzuolunandır);
Analitik təhlil bacarığı;
Ünsiyyət qurma və komanda şəklində işləmək bacarığı;
Fikrini dəqiq və əminliklə təqdim etmə bacarığı;
Yeniliyə açıq və inkişafa meyilli.